Şrift:
Ağ Ev Ukrayna ordusunun ABŞ silahları ilə Rusiyaya hücum etdiyini etiraf edib
10.06.2024 [11:59] - Siyasət
Rəsmi Kiyev artıq Vaşinqtonun Rusiya ərazisinə zərbələr endirmək üçün ABŞ silahlarından istifadə etmək icazəsindən yararlanıb.

Bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan CBS telekanalına müsahibəsində bildirib.

O vurğulayıb ki, Vaşinqtonun bundan əvvəl rəsmi Kiyevə qoyduğu qadağa məntiqli deyil: "Ona görə də dövlət başçısı Ukraynanın xahişini təmin etmək qərarına gəldi".

Qeyd edək ki, mayın 30-da “Politico” qəzeti ABŞ Prezidenti Co Baydenin Ukraynaya Rusiyaya zərbə endirmək üçün ABŞ silahlarından istifadə etməyə gizli icazə verdiyini yazmışdı.
Bu xəbər oxucular tərəfindən 521 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed