Şrift:
Paşinyan müxalifətin parlamentin qarşısında təxribat törədəcəyini istisna etmir
13.06.2024 [10:24] - Siyasət
Ermənistanın Baş naziri Nikol Paşinyan etiraz aksiyaları fonunda müxalifətin parlament binasının qarşısında təxribat törədəcəyini istisna etməyib.

Hökumət başçısı jurnalistlərə açıqlamasında təhlükəsizlik tədbirlərini məhz bununla əsaslandırıb.

“Əgər polis və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ərazidə təhlükəsizlik tədbirlərini gücləndirirsə, deməli onların əlində bəzi qrupların burada təxribat törədəcəyinə dair informasiya var”, – Paşinyan fikirlərini yekunlaşdırıb.
Bu xəbər oxucular tərəfindən 485 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed