Şrift:
Azərbaycanda beş ayda 21.5 mlrd. manatlıq məhsul satılıb
13.06.2024 [10:26] - İqtisadiyyat
2024-cü ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 21,5 milyard manatlıq, o cümlədən 12,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

2023-cü ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,3%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8%, qeyri-ərzaq malları üzrə 5,2% artıb.

Qeyd edilib ki, hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,4 faizi ərzaq məhsullarının, 4,9%-i içkilər və tütün məmulatlarının, 13,1%-I toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8%-i avtomobil benzini və dizel yanacağının, 4,5%-i elektrik malları və mebellərin, 2,4%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,6%-i isə digərqeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,3% artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7%-ni təşkil edib.

2023-cü ilin yanvar-may ayları ilə müqayisədə 2024-cü ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 10,3%, fərdi sahibkarlar üzrə 0,2%, bazar və yarmarkalarda 1,2% artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 421,3 manatlıq, o cümlədən 237,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 184,2 manatlıq qeyri-ərzaq malları alıb.
Bu xəbər oxucular tərəfindən 763 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed