Şrift:
Əhmədinejad prezident seçkilərini pozacağı ilə bağlı xəbərdarlıq edib
20.02.2013 [10:58] - Güney Azərbaycan xəbərləri
İran dövlət başçısı Mahmud Əhmədinejat öz “adamı” Esfəndiyar Rahim Maşei seçkilərə buraxılmasa, prezident seçkilərini qanunsuz elan edəcəyi ilə bağlı xəbərdarlıq edib.Bunu The Times Mahmud Əhmədinejadın ötən həftəsonu öz rəsmi internet səhifəsində yaydığı məktuba əsasən yazıb.

“Seçki proseduru dəyişdirilməsə, namizədlərsə əsassız olaraq kənarlaşdırılsalar, bu seçkiləri qanunsuz hesab edəcəyəm, onun nəticələrini isə ləvğ edəcəyəm”, - deyə İran prezidentinin məktubunda deyilir.

İranda prezident seçkiləri 2013-cü ilin iyun ayında keçiriləcək. Namizədlər İran İnqilabı Keşikçilər Şurasının (Konsitutsiyanın Keşikçilər Şurası kimi də tanınır) razılığını əldə etməlidirlər. Orqan 12 üzvdən ibarətdir: İran ali dini liderinin ruhanilər şurasından 6 nəfər, parlamentin təyin etdiyi 6 hüquqşünas.

Prezidentliyə namizədlərin siyahısı may ayında açıqlanacaq. İran KİV hazırda Əhmədinejad ilə Xamenei arasında olan ixtilafı nəzərə alaraq, Şuranın Maşeinin seçkilərə buraxılmamasını istisna etmir.

Esfəndiyar Rahim Maşeini hazırda İran prezident administrasiyasının rəhbəridir.
Bu xəbər oxucular tərəfindən 741 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed