Şrift:
ABŞ “Patriot” sistemlərini Ukraynaya ötürmək üçün beş ölkədən öhdəlik götürüb
14.06.2024 [11:05] - Gündəm
ABŞ prezidenti Co Bayden “Patriot” sistemlərini Ukraynaya ötürmək üçün beş ölkədən öhdəlik götürdüyünü açıqlayıb.

Vaşinqton administrasiyası beş dövlətdən Ukraynaya “Patriot” zenit-raket kompleksləri və digər sistemləri təhvil verməklə hava hücumundan müdafiəsini gücləndirmək barədə öhdəlik götürüb.

"İndi biz beş ölkədən "Patriot" kompleksləri və digər hava hücumundan müdafiə sistemləri ilə bağlı öhdəliklər almışıq. Bundan əlavə, gələcəkdə ABŞ-ın hava hücumundan müdafiə sistemlərini tədarük etməyimizi gözləyən ölkələr bilsin ki, onlar gözləməli olacaqlar. Əlimizdə olan hər şey Ukraynaya axacaq. Ehtiyacları ödənilənə qədər Ukrayna, sonra biz digər ölkələr qarşısında öhdəliklərimizi yerinə yetirəcəyik”, - deyə Bayden bildirib.
Bu xəbər oxucular tərəfindən 451 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed