20.02.2013 [12:17] - Xəbərlər, Müsahibə
Aqil Camal: “Sorğuya verilən dəstək onun bütövlükdə Türk dünyasını əhatə etməsinə, beynəlxalq əhəmiyyət daşımasına imkan yaradır”
2012-ci ilin dekabr ayından “Türküstan” qəzetinin təşəbbüsü ilə başlanan “Türk dünyasına xidmət-2012” sorğusu fevralın 17-də başa çatıb. Sorğunun nəticələri sabah saat 14.00-da Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək təqdimat mərasimində açıqlanacaq.
Sorğunun gedişatı ilə bağlı suallarımızı “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal cavablandırır.
- Aqil bəy, “Türk dünyasına xidmət-2012” sorğusuna başlamağınız hansı zərurətdən doğdu?
- Artıq bir neçə ildir türk dövlətləri arasında yaxınlaşma, ortaq qurumların yaradılması kimi məsələlər davamlı şəkildə irəli getməkdədir. Biz də düşünürük ki, mediaçı və QHT təmsilçiləri olaraq yalnız çalışdığımız media orqanlarında türk birliyi yönündə xəbərlər, reportajlar yayınlamaqla kifayətlənməyək. Həmçinin türk dünyasının inteqrasiyasında və türk millətinin dünyadakı nüfuzunun artırılmasında xidmətləri olan şəxsiyyətləri, qurumları birlikdə müəyyən edək. Bu məqsədlə də “Türküstan” qəzeti olaraq, “Türk dünyasına xidmət” adlı sorğunun keçirilməsinə başladıq. “Ortaq Dəyərlər” İctimai Birliyi də sorğunun keçirilməsində təşkilatçı rolunda iştirak edir. Sorğunun keçirilməsinin digər məqsədi turk dövlətləri və xalqları coğrafiyasında nüfuzlu və görkəmli şəxsiyyətlərin təbliği və tanıdılmasıdır.
- Sorğu hansı kateqoriyalar üzrə və hansı vasitələrlə aparıldı?
- Sorğu 3 kateqoriya - siyasət, mədəniyyət və təhsil üzrə aparılıb. Suallarımız bu şəkildə qoyulub: 2012-ci ildə Türk dövlətləri və xalqları coğrafiyasından kimi ilin siyasətçisi sayırsınız? 2012-ci ildə türk mədəniyyətinin qorunmasında və təbliğində xidmətinə görə kimi türk mədəniyyətinin hamisi sayırsınız? 2012-ci ildə türk gəncliyinin təhsilində və formalaşmasında xidmətlərinə görə kimi türk gəncliyinin dostu sayırsınız? Eyni zamanda respondentlərdən türk dövlətləri arasında inteqrasiya prosesinə münasibət bildirmələri də soruşulub. Sorğumuz həm qəzetimizin internet saytı üzərindən (turkustan.net), anketlə, çoxsaylı dərnəklərin iştirakı ilə, həmçinin elektron poçt vasitəsilə aparılır. Artıq dünyanın müxtəlif yerlərindən 37 mindən artıq respondent sorğumuzda iştirak edib.
- Nəticələr haqda nə deyə bilərsiz?
- Nəticələri sabah mətbuat konfransında açıqlayacağıq. Bütün rəylər sorğunun münsiflər heyəti və dəstəkçi qurumların təmsilçiləri tərəfindən araşdırılıb, hesablanıb. Münsiflər heyətində Zəlimxan Yaqub, Nizami Cəfərov, Rəşad Məcid, sənətçi Azərin, sosioloq Əhməd Qəşəmoğlu, Rauf Zeyni, Umud Rəhimoğlu, Türkiyədən İpəkyolu Media Qrupunun başqanı Seyfullah Türksoy, Qazaxıstandan akademik Yermentay Sultanmurat kimi şəxslər təmsil olunurlar. Eyni zamanda türk dünyasının müxtəlif yerlərindən nüfuzlu qurumlar sorğumuzu dəstəkləyirlər. Bunlardan Dünya Uyğur Konqresi, Türk Xalqları Assambleyası, Kosova Qora Türkləri Kültür və Araşdırma Dərnəyini, Dünya Turan Do Assosiasiyası, Dünya Türk Gənclər Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi, Makedoniya Türkləri Ufuk Dərnəyini qeyd edə bilərəm. Bu qurumlar sorğumuzun keçirilməsində iştirak ediblər. Bu isə sorğunun tək Azərbaycanı deyil, bütövlükdə türk dünyasını əhatə etməsinə, həmçinin sorğunun və sorğu nəticəsində veriləcək ödüllərin beynəlxalq əhəmiyyət daşımasına imkan verir. Sorğunun nəticələri açıqlanandan sonra önə çıxan şəxs və qurumlar - hər nominasiya üzrə iki qalib olmaqla, xüsusi ödül və diplomla mükafatlandırılacaq.
- Sorğu 2012-ci il üzrə keçirilirsə, bu o deməkdir ki, növbəti illərdə də davam etdiriləcək.
- Bəli, niyyətimiz budur. Artıq sorğunun gələcəkdə bir qəzet tərəfindən deyil, daha çox qurumların birgə iştirakı ilə keçirilməsi üçün adını qeyd etdiyim və başqa qurumlarla belə qərara gəldik ki, “Türk Dünyasına Xidmət” Fondu təsis edək. Gələn ildən sorğular bu fondun təşkilatçılığı ilə keçirilsin.

Bu xəbər oxucular tərəfindən 1048 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |