Şrift:
Milli Məclis 2023-cü il dövlət büdcəsinin icrasına dair qanunu qəbul edib
14.06.2024 [11:15] - İqtisadiyyat
Bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası gəlirlər 35 236 394,3 min manat, xərclər 36 457 956,1 min manat məbləğində olmaqla təsdiq edilməsi təklif olunur.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Bu xəbər oxucular tərəfindən 947 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed