Şrift:
Rəsmi statistiklərə görə İranda 2 milyon narkotik bağımlısı var
20.02.2013 [12:36] - Güney Azərbaycan xəbərləri, Sağlıq
İran hüquq-mühafizə qüvvələrinin komandanı, general İsmayıl Əhmədi Müqəddəm açıqlamasına görə “İranda 2 milyon narkotik bağımlısı, 200 min nəfər isə alkoqolizm xəstəliyindən əziyyət çəkən var”..
O bildirib ki, ölkədə narkotik bağımlılarının yaş həddində dəyişiklik var: “Əvvəlki illərlə müqayisə İranda bu gün ağır narkotik maddədən istifadə edənlərin sayı artıb. Rəsmi statistikaya görə, ölkəmizdə narkomaniyadan əziyyət çəkən xəstələrin sayı 1 milyon 300 min, əyləncə məqsədilə hərdən bir narkotik maddə qəbul edənlərin sayı isə 700 min nəfərdir. Ümumilikdə isə əhalimizin 2 milyon nəfəri narkotik bağımlısıdır . Araşdırmalar göstərir ki, kimyəvi maddələrdən istehsal olunan narkotik maddələr daha çox Tehranda və İslamşəhrdə hazırlanır. Son dövrlər Qərbi Azərbaycan vilayətində də bu cür narkotik maddələr istehsal edilməyə başlayıb”. İ.Ə.Müqəddəm əlavə edib ki, narkomaniyadan əziyyət çəkən xəstələrin müalicəsi üçün fəaliyyət göstərən tibb mərkəzlərinin sayı yetərli deyil.
Qeyd etmək lazımdır günü gününə İranda narkotik istifadə edənların sayısı sürətlə artmaqdadır, çox cinayətlər və ailə içində sorunlar,oğurluqlar və başqa sosyal probləmlər bu üzdən bu ölkədə çoxalır .
Xatırladaq ki,yuxarıda qeyd olunan rəqəmlər iranın rəsmi dayirələrinin ixtisarla verdiyi rəqmlərdir arşdırmalr göstərir ki iranda narkomnların sayı 6 milyon nəfərdən yuxarıdır.
Bu xəbər oxucular tərəfindən 3940 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed