Şrift:
Mədəniyyət Nazirliyi Çində keçirilən Asiya Mədəni İrs Alyansının 2-ci Baş Assambleyasında uğurla təmsil olunub
21.06.2024 [10:15] - Mədəniyyət
Çin Xalq Respublikasının Çindao şəhərində Asiya Mədəni İrs Alyansının (ACHA) 2-ci Baş Assambleyası baş tutub.

Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, tədbirdə ölkəmizi Mədəniyyət Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Araz Bağırlı və mədəni irs sahəsində tanınmış ekspert Rizvan Bayramov təmsil edib.

ÇXR prezidenti cənab Si Cin Pinin təşəbbüsü ilə yaradılmış Alyansın ötən il keçirilmiş ilk Baş Assambleyasında ölkəmiz bu beynəlxalq təşkilatın üzvlüyünə qəbul edilmişdir. Mədəniyyət Nazirliyinin ilk dəfə iştirak etdiyi 2-ci Baş Assambleya iştirakçıları əvvəlcə Çinin ənənəvi incəsənətində Pekin cərəyanı adlı sərgi ilə tanış olublar.

İclası giriş sözü ilə Şandon vilayətinin qubernator müavini cənab Denq Yunfeng, Çindao şəhərinin meri cənab Jao Haoji, ACHA Şurasının sədri, Çinin Mədəniyyət və Turizm Nazirinin müavini və Mədəni İrs üzrə Çin Milli Assosiasiyasının sədri cənab Li Çun, Tayland-Çin əməkdaşlıq şurasının sədri, Tayland Baş nazirinin keçmiş müavini cənab Finij Yarusombat, Hondurasın Mədəniyyət naziri xanım Qloria Annarella Velez Osejo, Mədəni İrsin Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) direktoru xanım Aruna Franceska Maria Gujral, Şuranın Baş katibi, Kamboca Mədəniyyət və İncəsənət Nazirliyinin dövlət katibi cənab Konq Vireak və digər yüksək səviyyəli rəsmilər açılış nitqi ilə çıxış etdilər. İclasın gedişində cari gündəlikdə duran məsələlər, o cümlədən ötən dövr ərzində görülən işlərin hesabatı, 2024-2025 dövrü üçün Fəaliyyət Planları və s. məsələlər üzrə məruzələr dinlənildi. Assambleya çərçivəsində Alyansın Elmi Şurasına seçkilər keçirildi. Azərbaycanın namizədliyini irəli sürdüyü ekspert Rizvan Bayramov Komitənin üzvlüyünə seçilməsi ölkəmizin uğuru olub.

Assambleya gündəliyi çərçivəsində müzakirə edilən digər önəmli məqam isə ölkələrin təqdim etdiyi layihələrin müzakirəsi idi. Müzakirələrin nəticəsində Mədəniyyət Nazirliyinin təqdim etdiyi layihənin təşkilat tərəfindən dəstəklənməsi qərarı ölkəmizin təşkilatla əməkdaşlığının genişlənməsi baxımından növbəti vacib uğuru oldu. Tədbirin donunda Çindao Tövsiyələri adlı sənəd qəbul edildi.
20 iyun tarixində Alyansın təşkilatçılığı ilə “Müstəmləkəçilik kontekstində çıxarılan mədəni obyektlərin mühafizəsi və qaytarılması” üzrə Beynəlxalq Konfrans öz işinə başladı. Çin Mədəni İrs Assosiasiyasınıb sədr müavini Xie Bing konfransı giriş sözü ilə açaraq sözü rəsmilərə verdi. Konfransda Şandon Universitetinin prezidenti cənab Li Sucai, Çinin Şandon vilayətinin vitse qubernatoru cənab Deng Yunfeng, Çindao şəhərinin vitse-meri Jao Yanın açılış nitqləri, Beynəlxalq Muzeylər Şurasının (ICOM) direktoru Emma Nardinin videomüraciəti dinlənilib.

Daha sonra ACHA Şurasının sədri, Çinin Mədəniyyət və Turizm Nazirinin müavini və Mədəni İrs üzrə Çin Milli Assosiasiyasının sədri cənab Li Çun müstəmləkə kontekstində Asiyadan daşınmış mədəni irsə dair geniş təqdimat etdi və təşkilatın bu istiqamətfə hədəflərindən danışıb.

Norveçin məşhur KODE Art muzeyindən Çinə qaytarılan mərmər fiqurlara dair film izlənildi. Mövzu üzrə təqdimatlarla Pekin Universitetinin professoru Li Kinq, Çikaqo Universitetinin professoru Lotar fon Falkenhausen, Kaliforniya (UCLA) Universitetinin professoru Donald Harper, Böyük Britaniyanın “The Art Loss Register”təşkikatının rəhbəri Olivia Vitney və digər tanınmış ekspertlər çıxış etdi. Tədbirin sonunda iştirakçılara Çindao şəhərinin tarixi-mədəni irs obyektləri ilə ətraflı tanışlıq turu təşkil olunub.

İyunun 20-də tədbir öz işini başa çatdırıb.
Bu xəbər oxucular tərəfindən 3804 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed