Şrift:
Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların vəziyyəti açıqlanıb
21.06.2024 [10:21] - İslam dini
Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı ölən zəvvarların sayı 1000-i ötüb, əksər zəvvar Məkkə şəhərində ekstremal isti hava şəraiti səbəbindən həyatını itirib.

Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri açıqlamasında bildirib ki,
Həcc ziyarətində vəfat edənlər ziyarətə qeyri-qanuni gələnlərdir:

"Biz Həcc ziyarətinə göndərdiyimiz zəvvarların təyyarə, yemək, su, nəqliyyat, kondisioner və digər xərclərini həll edirik. Qeyri-qanuni gələnlər isə hara getsələr, piyada gəzməli olurlar, gün vurur, ac-susuz qalırlar və belə hallar yaşanır. Eyni zamanda, qeyd edim ki, bu il havanın temperaturu daha da istidir. Ziyarət zamanı hər il temperatur 42-43 dərəcə olurdusa, bu il 48 dərəcə müşahidə olunur. Günəşdə temperatur 50 dərəcəyə çatır. Bizim zəvvarların bütün ehtiyacları qarşılanır. Qeyd edim ki, bizim zəvvarların vəziyyəti yaxşıdır".
Bu xəbər oxucular tərəfindən 1919 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed