Şrift:
Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı dünyasını dəyişən zəvvarların sayı 1300 nəfəri keçib
24.06.2024 [10:09] - İslam dini
Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı 1300 nəfərdən çox zəvvarın dünyasını dəyişdiyi bildirilir ki, onların yarısından çoxu Misir vətəndaşıdır.

Bununla bağlı məlumatı krallığın səhiyyə naziri Fəhd bin Abdel Rəhman əl-Cələcil bildirib.

“Həcc zamanı ölənlərin sayı 1301 nəfərə çatıb, ölən zəvvarların 83%-nin müvafiq vizası olmayıb”, - deyə nazir “Əl-İxbariyyə” dövlət telekanalına müsahibəsi zamanı bildirib.

Qeyd edək ki, həcc zamanı 672 misirli zəvvar dünyasını dəyişib və onlardan yalnız 31 nəfərində Səudiyyə Ərəbistanının müvafiq vizası olub. Qalanları isə zəvvar kimi qeydiyyata alınmayıb və qeyri-qanuni həcc ziyarəti ediblər.

Qeydiyyatdan keçməyən zəvvarlar kondisionerli istirahət obyektlərindən istifadə edə bilməyiblər və hüquq-mühafizə orqanlarının həcc vizalarını yoxladıqları nəzarət məntəqələrindən yayınaraq açıq günəş altında uzun gəzintilər etməyə məcbur olublar ki, ölümlərin sayının bu cür çox olmasının da səbəbi məhz elə bu olub.

Həmçinin hazırda 25-i Misir vətəndaşı olmaqla 100-ə yaxın adamın da itkin düşdüyü bildirilir.
Bu xəbər oxucular tərəfindən 1837 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed