25.06.2024 [09:53] - Gündəm
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na 2024–2025-ci tədris ili üçün sənəd qəbulu başa çatıb.
Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, Dövlət Proqramına 16 ölkənin 103 ali təhsil müəssisəsi üzrə 835 namizəd müraciət edib. 209 nəfər bakalavriat, 626 nəfər isə magistratura səviyyəsi üzrə müraciət edib.
Daha çox müraciət olunan ölkələr sırasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, ABŞ, Türkiyə, İtaliya, Almaniya, daha çox müraciət olunan ixtisas istiqamətləri sırasında isə informasiya texnologiyaları, dövlət idarəetməsi, statistika və verilənlərin təhlili, mühəndislik, maliyyə yer alır.
Bununla yanaşı, Dövlət Proqramına dünyanın ən yaxşı universitetləri üzrə top-10-da yer alan ali təhsil müəssisələrinə qəbul üçün müraciət sayı 150-dən çoxdur.
Sənədlərin ekspertizası bitdikdən sonra müsahibələrin həyata keçirilməsi və ilkin nəticələrin iyul ayında elan edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində hər il 80-i bakalavriat, 320-si magistratura üzrə olmaqla ümumilikdə 400 nəfərədək Azərbaycan Respublikası vətəndaşının təhsilinin maliyyələşdirilməsi üçün yer ayrılır.

Bu xəbər oxucular tərəfindən 182 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |