Şrift:
Qızıl qiyməti sürətlə ucuzlaşır
20.02.2013 [13:44] - Sosial
Artıq bir həftədir ki, dünya bazarında qızılın qiymətində ucuzlaşma hiss olunur. Qızılın qiymətinin ucuzlaşması faktı Azərbaycandan da day an keçməyib. Qızıl alış-satışı ilə məşğul olan şəxslər bildirirlər ki, qızılın qiyməti ötən illərlə müqayisədə ucuzlaşıb.
Ekspertlərin açıqlamasına görə, ötən ilin sentyabrında 1.691 dollar ətrafında onlan qızılın unsiyası keçən həftənin cümə günü son altı ayın ən aşağı səviyyəsinə 1.598,21 dollara düşüb.Bu arada məşhur investor Corc Soros ilin dördüncü rübündə qızıl sərmayələrini azaldıb. Xüsusilə ABŞ və Çininin iqtisadi göstəricilərinin yaxşılaşması analitiklərdə risklərin çoxalmasına dair fikir yaradıb.
Məlumat üçün bildirək ki, 2011-ci iin sentyabrında qızılın unsiyası 1.921,15 dollara qalxaraq tarixi zirvəsinə çatıb. Sərmayəçi Marc Faber şərhində qızıl qiymətlərinin müəyyən bir eniş yaşadıqdan sonra təkrar yüksələcəyini bəyan edib: “Əgər qızılın unsiyası 1550 dollarlara düşsə daha çox alış etməyi düşünürəm. Qızılın qiymətində müəyyən eniş yaşandıqdan sonra yenidən 2011-ci ildəki 1921 dollarlıq zirvəyə çatacaq”.
Ekspertlərin bildirdiyinə görə, indi alıcılar bu fürsətdən istifadə edib qızıl almağa üstünlük verir. Amma ekspertlərin bir qismi isə düşünür ki, bu ucuzlaşma uzun müddət olmayacaq. Yaxın müddət ərzində qızılın qiyməti yenidən yüksələcək.
Aytən İsaqızı
Bu xəbər oxucular tərəfindən 1910 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed