Şrift:
Azərbaycanda ilk dəfə COP 29 çərçivəsində yeni ixtisaslar yaradılır
25.06.2024 [10:05] - Gündəm
Azərbaycanda ilk dəfə olaraq Peşə Təhsil sistemində COP 29 ili çərçivəsində yeni ixtisaslar yaradılır.

Bunu iyunun 24-də İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində keçirilən “Məzun günü”ndə Mərkəzin direktoru Kənan Bağırov deyib.

"Ölkəmizdə keçiriləcək COP29 ili çərçivəsində ilk dəfə olaraq peşə təhsil sistemində yeni ixtisas (Alternativ enerji qurğu və avadanlıqlarının istismarı) yaradılıb ki, bu ixtisas üzrə də İZİA-nın Peşə Təhsil Mərkəzinə 2 qrup üzrə 40 nəfər tələbənin qəbulu nəzərdə tutulur"- K. Bağırov bildirib.

Qeyd edilib ki, İsveçrə universiteti "SMBS – Swiss Montreux Business School" arasında əməkdaşlıq çərçivəsində ilk dəfə olaraq Peşə Təhsil Mərkəzində ikili diplom proqramından istifadə olunacaq. İlkin mərhələdə “İnformasiya kommunikasiya texnologiyaları üzrə texnik” ixtisası üzrə təhsil alan tələbələr bu proqramdan faydalanacaqlar.
Bu xəbər oxucular tərəfindən 185 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed