Şrift:
Zelenski Brüsseldə Aİ-Ukrayna təhlükəsizlik sazişini imzalayacaq
28.06.2024 [09:50] - Siyasət
Ukrayna Prezidenti Vladimir Zelenski Belçikada səfərdədir.

Bu barədə Ukraynda dövlət başçısı "X" hesabında paylaşım edib.

"Son bir neçə gündə Ukrayna Aİ-yə üzvlüklə bağlı rəsmi danışıqlara başlayıb. Bu gün mən Avropa İttifaqı Şurasının iclasında iştirak etmək və Avropa kursumuzun dönməzliyinə verdikləri təsdiq və həmrəyliyə görə bütün Avropa liderlərinə təşəkkür etmək üçün Brüsseldəyəm".

Prezident Zelenski bildirib ki, o, Aİ və onun üzv dövlətlərinin rəhbərləri ilə görüşəcək, ikitərəfli danışıqlar aparacaq.

"Biz bütövlükdə Aİ ilə də daxil olmaqla üç təhlükəsizlik sazişi imzalayacağıq. İlk dəfə olaraq, bu saziş bütün 27 üzv dövlətin hər hansı daxili institusional dəyişikliklərdən asılı olmayaraq Ukraynaya geniş dəstək vermək öhdəliyini təsbit edəcək. Atdığımız hər bir addım bizi ümumi Avropa evimizdə sülh və rifah kimi tarixi hədəfimizə yaxınlaşdırır", - o, paylaşımında bildirib.
Bu xəbər oxucular tərəfindən 493 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed