Şrift:
Spiker Ermənistanın Aİ üzvlüyünə dair referendum keçirəcəyini və xalqın buna “hə” deyəcəyini bildirib
28.06.2024 [09:54] - Gündəm
Təhsilverənlərin sertifikatlaşdırılması prosesində iştirak edən ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat müəllimlərindən 25 yaşa qədər və 25-29 yaş aralığında olanlarının hamısı (100%-i) müvafiq keçid balını (30) toplamağa müvəffəq olub.

Bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı diqqətə çatdırıb.

Nazir qeyd edib ki, yaş aralıqlarına əsasən, uğurlu nəticə toplayan ibtidai sinif müəllimlərinin faizi belədir: 30-34 yaş – 97%, 35-39 yaş – 85%, 40-49 yaş – 83%, 50-59 yaş – 85%, 60 və daha yuxarı yaşda olanlar isə 92% olmaqla, ümumilikdə onların 86%-i müvafiq keçid balını toplaya biliblər. Digər tərəfdən, yerdə qalan 14% isə 2-ci cəhddə də keçid balını toplaya bilməyib.

Bununla yanaşı, nazir bildirib ki, uğurlu nəticə toplayan Azərbaycan dili və ədəbiyyat müəllimlərinin yaş qrupları üzrə paylanması faizi belədir: 30-34 yaş – 99%, 35-39 yaş – 96%, 40-49 yaş – 94%, 50-59 yaş – 90%, 60 və daha yuxarı yaşda olanlar isə 90% olmaqla, ümumilikdə onların 94%-i müvafiq keçid balını toplaya biliblər. Yerdə qalan 6% isə 2-ci cəhddə də keçid balını toplaya bilməyib.
Bu xəbər oxucular tərəfindən 436 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed