Şrift:
Azərbaycanda 5 seçki dairəsinin hüdudlarına dəyişiklik edilib
28.06.2024 [09:54] - Gündəm, Bildiriş
Azərbaycanda bəzi seçki dairələrinin hüdudlarına dəyişiklik edilir.

Bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.
O qeyd edib ki, Azərbaycanda Ağdərə rayonun yaradılması barədə qərar qəbul olunub.

“Bununla bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq addımlar atılmalıdır. Tərtər, Kəlbəcər və Ağdam rayonlarının ərazisində qismən dəyişiklik edilməklə Ağdərə rayonu yaradılıb. Bununla bağlı olaraq seçki dairələrinin hüdudlarına dəyişiklik edilməsi zərurəti yaranıb”, - deyə o əlavə edib.

MSK təmsilçilik baxımından bütün rayonların Azərbaycan Respublikası Parlamentində təmsil olunması üçün müəyyən uyğunlaşdırmalar aparmalıdır:

"96 saylı Göranboy, 97 saylı Tərtər-Naftalan-Goranboy, 118 saylı Ağdam şəhər, 119 saylı Ağdam kənd, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairələrinin hüdudlarında və adında qismən dəyişiklik edilməlidir. 96 saylı Göranboy, 97 saylı Tərtər-Naftalan-Goranboy, 118 saylı Ağdam şəhər, 119 saylı Ağdam kənd və 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairələri müfaviq olaraq 96 saylı Goranboy-Naftalan seçki dairəsi, 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsi, 118 saylı Ağdam-Xocalı seçki dairəsi, 119 saylı Ağdam seçki dairəsi və 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsi adlandırlsın və sözügedən dairələrin hüdudlarında qismən dəyişikliklər edilsin".

MSK məsələni səsverməyə çıxararaq qəbul edib.
Bu xəbər oxucular tərəfindən 1361 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed