Şrift:
Medvedev sülh danışıqları ilə bağlı Ukraynaya xəbərdarlıq edib
28.06.2024 [09:57] - Siyasət
"Sülh danışıqları Putinin təklif etdiyi şərtlərlə baş tutmasa, xüsusi hərbi əməliyyatlar zamanı baş verəcəkləri nəzərə alaraq, bir qədər sonra, Ukrayna üçün daha pis şərtlərlə baş tutacaq".
Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Peterburqda keçirilən Beynəlxalq Hüquq Forumunda bildirib.

“Yerdə dəyişikliklər var, Rusiya Federasiyasının Konstitusiyasında dəyişikliklər var, bu nəzərə alınmalıdır və təbii ki, prezidentin dedikləri, yəni Ukraynanın neytrallığını bəyan etməsi və bizim üçün qeyri-dost hərbi bloklara qoşulmaması nəzərə alınmalıdır. Rusiya Federasiyasının Ukrayna ilə bağlı sülh təklifi müddətli xarakter daşıyır, sonrakı danışıqlar Kiyev üçün ən pis şərtlərlə aparılacaq.”, - deyə rusiyalı siyasətçi vurğulayıb.

Medvedev onu da qeyd edib ki, Rusiyaya qarşı bütün sanksiyalar ləğv edilmədən Ukrayna böhranının həlli mümkün deyil:

"Dialoq tərəfdaşlarımız nə deyirlər desin, sanksiyalar qalacaq. Bu o deməkdir ki, böhran da davam edəcək. İqtisadiyyatımıza, Rusiya vətəndaşlarına, şirkətlərinə dəymiş bütün real ziyanı, habelə iqtisadi fəaliyyətə qoyulan məhdudiyyətlərdən əldən çıxmış mənfəəti hesablamalıyıq və kompensasiya üçün sonrakı iddialar həm ölkəmizdə, həm də xarici yurisdiksiyalarda təqdim olunacaq".
Bu xəbər oxucular tərəfindən 533 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed