Şrift:
Güney azərbaycanlılar Dünya Ana Dili Gününü müxtəlif tədbirlərlə qarşılayacaqlar
20.02.2013 [15:31] - Güney Azərbaycan xəbərləri
Xoy şəhərinin bir qrup milli-mədəni fəalı Dünya Ana Dili Günündə (21 fevral – 3 isfənd) soydaşlarımızı kütləvi etiraz aksiyasına dəvət ediblər.
Çağırış SMS vasitəsi ilə şəhər əhalisi arasında yayılıb. Çağırışa görə etirazçılar fevralın 21-i yerli vaxtla saat 17-00-da İmam xiyabanına (məhəllə xiyabanı) yığışmalıdırlar.
Həmçinin Dünya Ana Dili Günü münasibəti ilə Xoy şəhəri və ətraf kəndlərdə çoxsaylı Bildiri də yayılıb. Bildirilərdə Ana Dilinin əhəmiyyəti, milli kimlik və fars şovinizminin apardığı siyasətə toxunulub.
Bu xəbər oxucular tərəfindən 707 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed