Şrift:
Azərbaycanın Məşhəd, Gilan və Mazandaran vilayətlərində konsulluğu olacaq
20.02.2013 [15:45] - Xəbərlər, Güney Azərbaycan xəbərləri
Azərbaycanın İranın Məşhəd, Gilan və Mazandaran vilayətlərində konsulluq açması gündəmdədir.
Bu barədə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov Mazandaran vilayətinin sənaye və ticarət palatasının nümayəndələri ilə görüşdə bildirib.
Onun sözlərinə görə, bu konsulluqların açılması fəaliyyət sahəsinin genişlənməsi üçün imkanlar yaradacaq. Bu barədə “FarsNews” məlumat verib.
Səfir qeyd edib ki, Azərbaycanın Təbrizdəki konsulluğu münasibətlərin, o cümlədən ticarət əlaqələrinin inkişaf etdirilməsində mühüm rol oynayır.
Diplomat iki ölkə arasında daha sıx iqtisadi əlaqələrin qurulması üçün bu ilin aprel ayında Azərbaycan-İran birgə iqtisadi komissiyasının iclasının keçirilməsini təklif edib.
Bu xəbər oxucular tərəfindən 783 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed