20.02.2013 [16:14] - Siyasət
Xocalı hava limanının qanunsuz istifadəyə veriləcəyi ilə bağlı erməni tərəfinin elan elədiyi növbəti tarix fevralın 20-i, yəni bu gündür. Məlumatlara görə, Ermənistanda srağagünkü seçkilərdən iki gün sonra İrəvandan Xocalıya ilk aviareys həyata keçiriləcək və bu reysin sərnişinlərindən biri prezident Serj Sərkisyan olacaq. Məlumatda həqiqət yükü nə dərəcədədir, tezliklə bilinəcək. Ya ermənilər öz avantüralarını, nəhayət, həyata keçirəcəklər, ya da hava limanının istismarı növbəti dəfə ertələnəcək.
Azərbaycan tərəfinin məsələ ilə bağlı mövqeyi isə bəllidir və bu mövqeyə dəyişiklik yoxdur. Rəsmi Bakı ölkənin suveren hüquqlarından, o sırada beynəlxalq hüquqdan çıxış edərək bu cür qanunsuz hava uçuşlarının yolverilməz olduğunu, baş verə biləcək ağır sonuclara görə Ermənistanın cavabdehlik daşıyacağını birmənalı bəyan edib.
Xatırladaq ki, düşmən dövlətin başçısı Sərkisyan ötən həftə özünün seçki qabağı təbliğat kampaniyası çərçivəsində Xocalı hava limanının mütləq işə salınacağını bildirmişdi. Bunun sırf seçki təbliğatı olub-olmadığını dəqiqləşdirmək üçün bir qədər də gözləmək lazım gələcək.
Hərgah Sərkisyan və komandası bu addımın hansı nəticələr doğuracağını hesablamamış deyil. Hər halda vasitəçi dövlətlər, ABŞ hökuməti tərəfləri dəfələrlə vəziyyəti kəskinləşdirəcək addımlar atmaqdan çəkinməyə çağırıblar. Uçuşa rəsmi İrəvan qərar verəcəksə, deməli, sonrakı faciəvi hadisələrə görə cavabdehliyi də ən əvvəl Ermənistan rəhbərliyi öz üzərinə götürməyə hazır olmalıdır.
Bəzi ehtimallara görə, işğalçı ölkəni aeroport məsələsinə məhz müttəfiqi Rusiya təşviq edir. Ki, bu yolla Azərbaycanı qıcıqlandırsın və ardınca da Qəbələ RLS-ə görə onu cəzalandırsın. Bütün bunları da yəqin ki, rəsmi İrəvan ciddiyə alır.
Rusiya isə əslində status-kvonun qalmasında maraqlıdır və bölgədə geniş miqyaslı müharibənin alovlanmasını istəmir. Hətta moskvalı emissarların İrəvana aeroport məsələsində tələsməməyi tövsiyə elədikləri bildirilir.
Rusiyalı ekspertlər də hesab edir ki, hərbi əməliyyatlar başlayarsa, bu, böyük ehtimalla Dağlıq Qarabağ ərazisi ilə məhdudlaşmayacaq və Rusiya Ermənistanla bağladığı müvafiq sazişə əsasən öz forpostu tərəfdə müharibəyə girməli olacaq. Ardınca avtomatik olaraq Türkiyə də Azərbaycan tərəfdə hərbi əməliyyatlara qoşulacaq. Azərbaycan müdafiə naziri Səfər Əbiyevin srağagünkü Türkiyə səfəri, orada imzalanan bəyannamə bu yöndə Rusiyaya, Ermənistana son mesaj sayıla bilər.
Rusiyaya isə bu dəqiqə Türkiyə ilə hər hansı qarşıdurma sərf eləmir. Həm də yüksəliş dövrünü yaşayan iqtisadi-ticari, mədəni-turizm ilişgilərinə, ortaq enerji (qaz) layihələrinə görə. Üstəgəl, Azərbaycan kimi strateji bir ölkənin itkisi. Azərbaycan nə Gürcüstandır, nə də Ermənistan. Bunu yəqin ki, indi hamıdan çox Kremldə bilir və nəzərə alırlar...
Zahid SƏFƏROĞLU

Bu xəbər oxucular tərəfindən 752 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |