Şrift:
Blinken: Azərbaycan və Ermənistan arasında sülh əlçatandır
02.07.2024 [10:16] - Siyasət
Azərbaycan və Ermənistan arasında sülh həqiqətən də əlçatandır.

Bunu ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonda Brukinqs İnstututunda çıxışı zamanı deyib.
O, iki ölkə arasında sülhün bütün regionun maraqlarına cavab verdiyini əlavə edib.
“Təxminən bir həftə əvvəl mən Azərbaycan Prezidenti İlham Əliyevlə bu məsələ barədə danışırdım. Düşünürəm ki, buna nail olmaq mümkündür və bu aşkar şəkildə həm Azərbaycanın, həm də Ermənistanın, eləcə də bütün regionun marağına cavab verir”, - Blinken bildirib.

Dövlət katibi vuğrulayıb ki, iki ölkə arasında onillərdir davam edən münaqişəyə son qoyulması, regionun iqtisadi əlaqələri və böyüməsi naminə sülh sazişinin reallaşdırılması üçün “qeyri-adi fürsət, potensial” var.

“Azərbaycanın burada oynaya biləcəyi vacib rolu var. Biz öz diplomatiyamızla Azərbaycan və Ermənistanın sülh sazişinə nail olması üçün intensiv iş aparmışıq. Biz bunu Aİ ilə çox yaxın əməkdaşlıq və koordinasiya ilə etmişik və mən düşünürəm ki, bu (sülh sazişi – red.) həqiqətən də əlçatan bir şeydir”, - Blinken deyib.
Bu xəbər oxucular tərəfindən 425 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed