Şrift:
İranda Laricani ilə bağlı hadisəyə görə 10 nəfər tutulub
21.02.2013 [11:31] - Güney Azərbaycan xəbərləri, Hadisə
İran prezidenti Mahmud Əhmədinejadla parlament sədri Əli Laricani arasında yaşanan siyasi qarşıdurma, qalmaqala çevirilib.
İran məhkəmə sisteminin nümayəndəsi Qulamhüseyn Möhsüni Əjeyi deyib ki, İran parlamentinin sədri Əli Laricaniyə çəkmə atılması ilə bağlı hadisənin araşdırılması zamanı Qum şəhərində 10 nəfər həbs olunub.
Xatırladaq ki, fevralın 13-də ölkə başçısı Mahmud Əhmədinejadı dəstəkləyən qrupdan bir nəfər İslam İnqilabının ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edən Laricaniyə çəkmə atmışdı.
Bu xəbər oxucular tərəfindən 921 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed