03.11.2011 [11:00] - İqtisadiyyat
Azərbaycanda səfərdə olan Argentinanın elm, texnologiya və səmərəli innovasiya naziri Lino Baranaonun başçılıq etdiyi nümayəndə heyəti ilə İqtisadi İnkişaf Nazirliyində görüş keçirilib.
Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan və Argentina arasında mövcud iqtisadi əlaqələr, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, əlaqələrin genişləndirilməsində prioritet investisiya sahələrinin müəyyənləşdirilməsinin və bu sahədə məlumat mübadiləsinin aparılmasının, biznes forum, təqdimat və sərgilərin təşkilinin, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) ilə Argentinanın aidiyyəti qurumları arasında əməkdaşlığın yaradılmasının əhəmiyyəti vurğulanıb.
Görüş çərçivəsində «Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və Argentina Elm, Texnologiya və Səmərəli İnnovasiya Nazirliyi arasında elmi, texnoloji tədqiqat və innovasiya sahələrində» Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan tərəfdən ölkənin iqtisadi inkişaf naziri Şahin Mustafayev, Argentina tərəfdən isə L.Baranao imzalayıblar.
Sənəddə elmi-tədqiqat, texnologiya və innovasiya sahələrində əməkdaşlıq, birgə elmi-tədqiqat və innovasiya layihələrin hazırlanması və bu sahədə seminar və dəyirmi masaların təşkili nəzərdə tutulur.
Qeyd edək ki, Argentina nümayəndə heyətinin Azərbaycanın regionlarına səfəri də nəzərdə tutulur.

Bu xəbər oxucular tərəfindən 1357 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |