Şrift:
Azərbaycanda bu ilin ikinci rübündə gündəlik neft hasilatı göstəricisi açıqlanıb
10.07.2024 [10:58] - İqtisadiyyat
Bu ilin ikinci rübündə Azərbaycanda ortalama gündəlik neft hasilatı 470 min barel səviyyəsində olub.

Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasıyasının (EIA) hesabatına istinadən xəbər veririk.

Hesabata əsasən, bu ilin birinci rübündə Azərbaycanda ortalama gündəlik neft hasilatı 470 min barel təşkil edib.

Bildirilir ki, 2023-ci ilin birinci rübündə qeyd olunan göstərici 520 min barel, ikinci rübündə 500 min barel, ücüncü və dördüncü rübündə isə 490 min barel təşkil edib.

Xatırladaq ki, 2024-cü ilin may ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 76 775 ton olub. Bunun 62 118 tonunu xam neft, 14 657 tonunu kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barrel (74 259 ton) təşkil edir.
Bu xəbər oxucular tərəfindən 712 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed