12.07.2024 [10:13] - Türk dünyası-Turan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısından sonra mətbuat konfransı təşkil edib.
Ərdoğan çıxışı zamanı oktyabrın 7-dən bu yana Qəzzada baş verən hadisələrə də münasibət bildirib. Ərdoğan çıxışı zamanı bunları deyib:
"Təxminən 90 min yaralı var. Bütün görüşlərimdə işğal altındakı Fələstin torpaqlarında, xüsusən də Qəzzada davam edən hadisələrə diqqət çəkdim. İsrail problemə daimi həll yolu gətirmədikcə qlobal sülh və sabitlikdən söhbət gedə bilməyəcəyini vurğuladım. Netanyahu administrasiyası bu cür addımları ilə təkcə öz vətəndaşlarının deyil, bütün regionun təhlükəsizliyini təhlükə altına atır. Hazırkı şəraitdə İsrailə hərbi dəstəyin davam etdirilməsi qəbuledilməzdir. Sessiyadakı çıxışımda bu məsələyə həssaslıqla diqqət yetirdim. Bizim ittifaqımızın fundamental dəyərlərini tapdalayan İsrail administrasiyasının NATO ilə tərəfdaşlıq münasibətlərini davam etdirməsi mümkün deyil. Fələstin ərazilərində hərtərəfli və davamlı sülh bərqərar olana qədər İsrailin NATO ilə əməkdaşlıq cəhdləri Türkiyə tərəfindən bəyənilməyəcək”

Bu xəbər oxucular tərəfindən 1767 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |