Şrift:
Ərdoğan və Zelenski Vaşinqtonda görüşüb
12.07.2024 [10:16] - Siyasət
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO dövlət və hökumət başçıları sammitində iştirakı çərçivəsində ABŞ-ın paytaxtı Vaşinqtonda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.

Görüş sammitin keçirildiyi Walter E. Konqres Mərkəzində baş tutub.

Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, kəşfiyyat rəhbəri İbrahim Kalın, prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri səfir Akif Çağatay Kılıç iştirak ediblər.

Ukrayna-Rusiya müharibəsinin gedişi, regional və qlobal məsələlərin müzakirə edildiyi görüşdə Ərdoğan Türkiyənin Ukrayna-Rusiya müharibəsini ədalətli sülh yolu ilə bitirmək üçün səylərini davam etdirdiyini, Qara dənizdə taxıl təşəbbüsünün yenidən canlandırılması üçün işlərə başladığını bildirib.

Ərdoğan həmçinin Türkiyənin sülhə zəmin yaratmaq üçün vasitəçilik də daxil olmaqla istənilən təşəbbüsə hazır olduğunu bildirib.
Bu xəbər oxucular tərəfindən 689 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed