22.02.2013 [10:11] - Gündəm, Mədəniyyət
Tanınmış fransız bəstəkarı Pyer Tiloy (Pierre Thilloy) Xocalı faciəsinə həsr edilmiş “Xocalı 613” adlı klassik musiqi əsəri bəstələyib.Avropa Azərbaycan Cəmiyyətinin sifarişi ilə bəstələnmiş klassik musiqi əsərinin ilk premyerası fevralın 21-də Parisin “Saint Roch” kilsəsində keçiriləcək. Orion orkestrinin müşayiət etdiyi konsert proqramına dirijor Laurent Petiqirard rəhbərlik edəcək. Əsərin London premyerası isə fevralın 26-da “St John's, Smith Square” kilsəsində baş tutacaq.
Qeyd edək ki, əsərin müəllifi Pier Tiloy Azərbaycanda yaşayıb və işləyib. O yeni musiqi əsərində Qərb klassik musiqisi ilə ənənəvi Azərbaycan musiqisini sintez edib.
Qeyd edək ki, əsərin müəllifi Pier Tiloy Azərbaycanda yaşayıb və işləyib. O yeni musiqi əsərində Qərb klassik musiqisi ilə ənənəvi Azərbaycan musiqisini sintez edib.
Bu xəbər oxucular tərəfindən 1513 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |