Şrift:
İsrailin Livanla genişmiqyaslı müharibə planı yoxdur
29.07.2024 [09:57] - Siyasət
Colan təpələrinə son hücumdan sonra Livanda döyüşlərin intensivliyi qısa müddətə arta bilər, lakin tammiqyaslı müharibəyə keçid olmayacaq.
Bu barədə İsrailin bir sıra yüksək rütbəli rəsmilərinə istinadən “Ynet” portalı məlumat yayıb.

“Bir neçə gün döyüşdə ola bilərik. Söhbət indiyə qədər gördüyümüzdən fərqli olsa belə, məhdud zaman müddətindən gedir”, – deyə portal rəsmilərdən birinin sözlərindən sitat gətirib.

Qeyd edək ki, iyulun 27-də İsrailin nəzarətində olan Colan təpələri raket atəşinə tutulub. Hadisə zamanı raketlərdən biri Məcdəl Şəms şəhərində futbol meydançasına düşüb və nəticədə 12 nəfər həlak olub.
Bu xəbər oxucular tərəfindən 765 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed