22.02.2013 [12:30] - Siyasət, Borçalı
“Rusiyanın planı Gürcüstanı parçalamaq və onun bir dövlət kimi mövcudluğuna son qoymaqdır”. Bu sözləri Publika.Az-a açıqlamasında politoloq Qabil Hüseynli Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayevin son açıqlamasını şərh edərkən deyib.
Qeyd edək ki, Rusiya Azərbaycanlıları İttifaqının keçmiş rəhbəri Söyün Sadıqov “Müstəqil Borçalı”nın xəritəsi, himni və gerbini hazırlamağı tapşırıb.
Bu barədə Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev, Gürcüstanın “Obyektiv” telekanalına açıqlamasında məlumat verib: “Son zamanlar bəzi güvvələr Gürcüstanın azərbaycanlı əhalisi arasında separatçı əhval-ruhiyyənin mövcudluğu barədə rəy formalaşdırmağa çalışırlar. Gürcüstan azərbaycanlıları hər zaman bundan uzaq olublar. Lakin bu gün azərbaycanlıları belə oyunlara cəlb etmək cəhdləri mövcuddur”.
Politoloq Q.Hüseynli bildirib ki, S.Sadıqovun separatçılığa yönəlik çağırışları Gürcüstan azərbaycanlıları üçün yaxşı heç nə vəd etmir: “Rusiyanın Gürcüstanla bağlı planlarında azərbaycanlılardan bir alət kimi istifadə oluna bilər. Rusiya imperiyasının ambisiyaların həyata keçirilməsi müqabilində gürcü və Azərbaycan xalqlarının münasibətlərinin pişləşməsi ilə qarşılaşa bilərik. Hesab edirəm ki, çox təhlükəli bir tendensiya ilə üz-üzəyik. “Milyarderlər İttifaqı” da Rusiyanın siyasi elitasının əlində bir alətə çevrilib. Rusiyanın neoimperalist maraqlarının həyata keçirilməsi üçün bu qurumdan istifadə etməyə başlayıblar. Bu cür addımlar heç cür təqdir edilə bilməz”.
Politoloq qeyd edib ki, Gürcüstan azərbaycanlılarına yönəlik separatçılıq çağırışları Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi bir sıra layihələrə də mənfi təsir edə bilər: “Rusiyanın çirkin planlarının artıq çəkilməsi razılaşdırılan TANAP qaz kəməri layihəsinə, eyni zamanda, Bakı-Tiflis-Qars dəmir yolu xəttinin inşasına mənfi təsiri istisna edilmir. Rusiya çox təhlükəli oyunlara girişib. Bu oyunlar Azərbaycan və gürcü xalqlarına, tarixən təşəkkül tapmış qarşılıqlı münasibətlərə ciddi zərbələr vura bilər. Təbii ki, soydaşlarımız da bu oyunlarda iştirak etməməlidirlər”.
Ömər Əmirov

Bu xəbər oxucular tərəfindən 1591 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |