Şrift:
Putin: Kursk vilayətinə hücum etməklə Kiyev gələcək danışıqlarda mövqeyini yaxşılaşdırmağa çalışır
13.08.2024 [09:57] - Gündəm, Siyasət
Putin Ukrayna ilə həmsərhəd rayonlardakı vəziyyətlə bağlı iclas keçirib.

O, "Ukrayna ilə həmsərhəd rayonlarda baş verənlərə qiymət veriləcək, lakin indi əsas vəzifə düşməni darmadağın etməkdir", - deyə iclasda bildirib.

O, ukraynalıların Rusiya ərazisindən çıxarıldıqdan sonra Ukrayna ilə sərhədin etibarlı qalmasını təmin etməyi tələb edib.

"Kiyev Qərb ağalarının iradəsini yerinə yetirir, Qərb isə ukraynalıların əli ilə Rusiya Federasiyasına qarşı vuruşur", - Putin deyib.

Rusiya Federasiyasının başçısı qeyd edib ki, Kursk vilayətinə hücum etməklə Kiyev gələcək danışıqlarda öz mövqeyini yaxşılaşdırmağa çalışır.
Bu xəbər oxucular tərəfindən 407 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed