Şrift:
İsrail HAMAS-ın 35-ə yaxın əsiri azad edəcəyini gözləyir
13.08.2024 [11:52] - Siyasət
HAMAS ilə əsirlərin mübadiləsi barədə əldə olunan razılaşmanın birinci mərhələsində ən az 20, ən çoxu isə 35 girovun azad ediləcəyi gözlənilir.

Bunu İsrailin müdafiə naziri Yoav Qallant Knessetin Beynəlxalq Əlaqələr və Müdafiə Komitəsindəki qapalı dinləmələrdə deyib.

Onun sözlərinə görə, danışıqlarda üç mərhələdə həyata keçiriləcək mübadilə prosesi zamanı qarşılıqlı şəkildə təhvil veriləcək şəxslərin sayı ciddi mübahisə mövzusu olub.

Xatırladaq ki, bu prosesin detallarını mayın 31-dəki çıxışı zamanı ABŞ prezidenti Co Bayden açıqlayıb.
Bu xəbər oxucular tərəfindən 451 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed