Şrift:
Aİ 4,2 milyard avroluq yardımı Ukrayna hökumətinin hesabına köçürüb
14.08.2024 [10:26] - Gündəm
Avropa İttifaqı (Aİ) bu gün 4,2 milyard avroluq növbəti maliyyə yardımını Ukrayna hökumətinin hesabına köçürüb.

Bu barədə adı çəkilən ölkənin baş naziri Denis Şmıqal məlumat verib.

Onun sözlərinə görə, bununla da 2024-cü ilin əvvəlindən Aİ tərəfindən ölkəsinə dəstək məqsədilə verilən vəsaitin həcmi 12 milyard avroya çatıb.

Sonuncu tranşın da qarşıdakı dövrdə maliyyələşdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Aİ rəsmi Kiyevə 4,2 milyard avro vəsaitin ayrılması barədə qərarı avqustun 6-da təsdiqləyib.
Bu xəbər oxucular tərəfindən 338 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed