Şrift:
Suriyada 19 nümayişçi həlak olub
03.11.2011 [11:06] - Gündəm
Suriyada bu gün keçirilən etiraz aksiyaları zamanı polislə qarşıdurma nəticəsində 19 nəfər həlak olub. Bu barədə Suriya insan haqları təşkilatları məlumat veriblər. Həlak olanlardan 11-nin Humsda bir fabrikin işçiləri olduğu qeyd olunur.

Suriyada hökumət əleyhinə nümayişlər 8 aydır ki, davam edir. İnsan haqları təşkilatları bu günədək etiraz aksiyalarının gedişində 3 min 581 nəfərin həlak olduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 1043 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed