Şrift:
Bayden Qəzzada atəşkəs razılaşmasının hələ də mümkün olduğuna inanır
19.08.2024 [10:44] - Siyasət
ABŞ prezidenti Co Bayden hesab edir ki, Qəzza zolağında İsrail və HƏMAS hərəkatı arasında atəşkəs əldə etmək hələ də mümkündür.

O, bunu bazar günü Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Ağ Evin mətbuat fondunun məlumatına görə, ABŞ lideri saziş üzərində işin hələ də davam etdiyini deyib. “Biz təslim olmuruq, bu, hələ də mümkündür”, - o, razılaşmalara toxunaraq deyib.

Bundan əlavə, Bayden qeyd edib ki, o, özünü bazar ertəsi Çikaqo şəhərində baş tutacaq qurultaya hazır hiss edir.
Bu xəbər oxucular tərəfindən 303 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed