Şrift:
Blinken: İsrail ABŞ-nin Qəzza zolağında nizamlanma prosesi ilə bağlı yeni təklifini qəbul edib
20.08.2024 [10:59] - Siyasət
İsrail tərəfi Qəzza zolağında atəşkəs məsələsində HƏMAS hərəkatı ilə fikir ayrılıqlarını azaltmaq üçün nəzərdə tutulmuş ABŞ-nin yeni təklifini qəbul edib.

Bunu İsraildə səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken Təl-Əvivdə jurnalistlərə açıqlamasında deyib.

“Bu gün İsrailin Baş naziri Benyamin Netanyahu ilə çox məhsuldar görüş zamanı o, mənə İsrailin fikir ayrılıqlarını aradan qaldırmağa yardımçı olan təklifi qəbul etdiyini və bunu dəstəklədiyini təsdiqlədi. İndi isə eyni şeyi HƏMAS etməlidir”, - Blinken vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 302 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed