22.02.2013 [16:24] - Diaspor
Uykraynanın Nikolayev vilayətinin Azərbaycanlı Gənclər Təşkilatı Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirmişdir.
Davam.az-a verilən məlumata görə, Azərbaycanlılarla yanaşı, ukraynalı gənclərin də iştirak etdiyi tədbirdə Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, erməni silahlı qüvvələrinin Dağlıq Qarabağda törətdiyi vəhşiliklər və bu vəhşiliyin kulminasiyası olan Xocalı faciəsi haqqında məlumat verilmişdir. Tədbirdə çıxış etmiş Nikolayevin Azərbaycanlı Gənclərin Vilayət Təşkilatının sədri S.Orucov, Ukrayna Müsəlmanları Ruhani idarəsinin nümayəndəsi Hacı Namiq, Nikolayev vilayətində Azərbaycan Konqresinin sədr müavini A.Babayev 1992-ci il fevralı 25-dən 26-na keçən gecə şəhərdə baş verənlər, erməni silahlı qüvvələrinin zorakılıq və qəddarlığını pisləmişdir. Xocalını anım mərasimində Dağlıq Qarabağ münaqişəsinə dair təhqiqatlar aparan Azərbaycan Respublikası Prokurorluğunun keçmiş əməkdaşı F.Orucov da iştirak edib. O, müharibənin araşdırarkən üzləşdiyi bəzi fraqmentlərdən danışmışdır.
Sonda tədbir iştirakçılarına Xocalı haqqında qanlı film nümayiş olunub.

Bu xəbər oxucular tərəfindən 873 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |