Şrift:
Avstraliya və İndoneziya müdafiə sazişi imzalamaq niyyətindədir
20.08.2024 [11:07] - Gündəm
Avstraliya və İndoneziya müdafiə sahəsində yeni əməkdaşlıq sazişi imzalamağa hazırlaşır.

Bu barədə Avstraliya hökumətinin başçısı Entoni Albanese İndoneziya Prezidenti Prabovo Subianto ilə görüşündən sonra məlumat verib.

“Bu tarixi müqavilə müdafiə sahəsində sıx əməkdaşlığımızı gücləndirəcək və dialoqun dərinləşməsinə, iki ölkə ordularının qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılmasına xidmət edəcək”, - Albanese vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 278 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed