Şrift:
Rusiya XİN: Ermənistanda sabitliyin KTMT-dən alternativ təminatçısı yoxdur
20.08.2024 [11:13] - Siyasət
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə tərəfdaşlıqdan yayınmaq Ermənistanın milli təhlükəsizliyini əhəmiyyətli dərəcədə zəiflədir.

Bunu RİA “Novosti”yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin I MDB Ölkələri Departamentinin direktoru Mikael Aqasandyan deyib.

Onun sözlərinə görə, indiki məqamda Ermənistanda sabitliyin KTMT-dən alternativ təminatçısı yoxdur:

“Hazırda Ermənistanda KTMT ilə əməkdaşlıqdan yayınma meylləri hökm sürür. Onların bu cür mövqeyi erməni xalqının maraqlarına ziddir. Çünki bu yanaşma ölkənin milli təhlükəsizliyini zəiflədir. Ermənistanda sabitliyin KTMT və Rusiyadan başqa alternativ təminatçısı mövcud deyil. KTMT çərçivəsində qəbul edilən müştərək öhdəliklər də dəyişməz qalır”.
Bu xəbər oxucular tərəfindən 407 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed