21.08.2024 [10:26] - İqtisadiyyat
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 538 277,6 min manat təşkil edib, bu da illik müqayisədə 0,5% çoxdur.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövründə sözügedən göstərici 535 337,2 min manat səviyyəsində olub.
Qeyd etmək lazımdır ki, cari ilin yanvar-iyun aylarında Azərbaycanda neft kəmərləri ilə 19 238,6 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 2,1% azdır. Nəqletmənin 75,2%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib. Hesabat dövründə bu kəmər vasitəsilə 14 468,7 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 3,7% azdır.
Xatırladaq ki, ötən il Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 1 101 741,9 min manat təşkil edib, bu da illik müqayisədə 11,1% azdır. 2023-cü ildə magistral neft kəmərləri ilə 39 753,2 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 5,2% çoxdur. Nəqletmənin 75,9%-i BTC ilə həyata keçirilib və ötən il ərzində bu kəmər vasitəsilə 30 191,6 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 1,49% artım deməkdir.

Bu xəbər oxucular tərəfindən 848 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |