22.02.2013 [17:06] - Gündəm, Borçalı
Gürcüstan mətbuatının yazdığına görə, Rusiya Azərbaycanlıları İttifaqının sabiq rəhbəri Söyün Sadıqovun göstərişinə əsasən "Müstəqil Borçalı"nın xəritəsi, himni və gerbi hazırlanıb. Qeyd edək ki, Gürcüstanda yaşayan soydaşlarımızın adının hallandırıldığı bu hərəkət qonşu dövlətdə ciddi narazılıqlara səbəb olmuş və bəzi ictimai təşkilatlar tərəfindən qınanmışdır.
Hadisəylə bağlı münasibətini açıqlayan MDHP-nın sədri, millət vəkili Fərəc Quliyev rəhbərlik etdiyi partiyanın məqsədlərindən birinin dünya azərbaycanlılarının bütövləşməsi və həmrəyliyi olduğunu bildirsə də, indiki şəraitdə məsələlərin məhz bu cür ortaya atılmasının təxribat xarateri daşıdığından ehtiyatlanır. Onun fikirlərinə görə, istər Borçalı, istər Dərbənd bizim tarixi torpaqlarımız və xalqımızın kompakt halda yaşadığı bölgələrdir və dünyada gedən tarixi proseslər gec-tez bu torpaqlarının yenidən öz sahiblərinə qaytaracaqdır: “Bir tərəfdən Türkiyə, bir tərəfdən Azərbaycan, digər tərəfdən Cənubi Azərbaycanda get-gedə baş qaldıran milli oyanış hərəkatı Cənubi Qafqazda milli hegemonluğun bizim lehimizə inkişafına zəmin hazırlayır. Bu tarixi prosesdir və onu geri döndərmək mümkün deyil.”
Bununla belə, milli hegemonluq perspektivimizi bizdən yaxşı dərk edən güclü dövlətlər bizim bir millət kimi təbii haqqımız olan bu tarixi inkişafın qarşısını almaq üçün əlindən gələni etməyə çalışacağına inanan millət vəkili, istər Borçalı və Dərbənddə formalaşdırılmağa çalışılan etnik problemlərin bu məqsədlə ortaya atıldığını düşünür: “Burada yaşayan türklər aborogendir, vətənçidir, Rusiya –Gürcüstan müharibəsi zamanı Cavaxetiya deyilən (Axalkələki) yerdə yaşayan ermənilərdən fərqli olaraq Gürcüstanın ərazi bütövlüyünü müdafiə etdilər. Biz burada yaşayan soydaşlarımızın daima hüquqlarını müdafiə etmişik və edəcəyik. Amma bu gün onları onların iradəsi və xəbəri olmadan bölücü kimi təqdim etmək, düşünülmüş anti-Azərbaycan proyektidir.”
Millət vəkilinin fikirlərinə görə, Borçalıda yaşayan azərbaycanlılarının adından müstəqillik iddiasının ortaya atılması Cənubi Qafqazda yeni konflikt ocağı yarada bilər və nəticədə soydaşlarımız tarixi topraqlarından sıxışdırılıb çıxarıla bilər. Bununla da həm tarixi torpaqlarımızda konpakt yaşamaq imkanımızı itirər, həm Cənubi Qafqazdakı milli hegemonluğumuza kölgə salar, həm də ölkəmiz yeni qaçqın problemləriylə zəif düşər. Odur ki, belə məsələlərin ortaya atılması düşmən dəyirmanına su tökən addımdır: “Atalar demişkən hürüşünü bilməyən it örüşə qurd gətirər.”
Daha sonra “məlum ideyanın Rusiya kəşfiyyat orqanlarına və rəsmilərinə bağlı olan Söyün Sadıqov tərəfindən ortaya atılması onun Azərbaycanın milli maraqlarına zidd dairələrdə hazırlandığı ehtimalını artırır”-deyən Fərəc Quliyev soydaşlarımızı ehtiyatlı olmağa və Azərbaycan hakimiyyətini məsələyə münasibət bildirməyə çağırdı.

Bu xəbər oxucular tərəfindən 1522 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |