23.02.2013 [11:31] - Güney Azərbaycan xəbərləri
Fevralın 21-i Dünya üzrə Ana Dili günü idi. Dünya Ana Dili Günü Münasibəti ilə Güney Azərbaycanın müxtəlif şəhərlərində mərasimlər keçirilib, cüzvələr paylanılıb, plakardlar asılıb. Təbrizin şəhərdən görünən Eynalı dağının ətəklərində müxtəlif yerlərdən böyük parçalara yazılan şüarlar asılımış, şəhərin bir sıra məhəllələrində ana dili ilə bağlı şüarlar yazılıb.
Urmiyadan əldə etdiyimiz məlumatlara görə, bu şəhərin xiyabanları və universitet divarlarında da Ana Dili ilə bağlı şüarlar yazılıb. Divarlara yapışdırılmış kağızlarda “isfəndin 3-ü Dünya Ana Dili Günü qutlu olsun”, “Türk dilində mədrəsə” və s. şüarlar yazılıb. Dünya Ana Dili Günü ərəfəsində Urmu şəhərində təhlükəsizlik qüvvələrinin artdığı da hiss olunmaqda idi. Güney Azərbaycanın Urmu şəhəri Dünya Ana Dili gününü xüsusi rəğbətlə qarşılayıb. Əsl adı Sərəskənd olan Həştrud şəhərinin mədrəsələri və küçələrində də ana dili ilə bağlı yazılan 3 mindən atrıq traket paylanılıb.
Əldə etdiyimiz məlumata görə, Dünya Ana Dili günü Güney Azərbaycanın əksər şəhər və kəndlərində bu və ya digər şəkildə qutlanılıb. Həmçinin Xoy şəhərində etirazların qarşısını almaq üçün rejim əmniyyəti vəziyyət yaradıb. Güneydən əldə etdiyimiz məlumata görə, Dünya Ana Dili Günü Münasibəti ilə Xoy şəhərinin milli-mədəni fəalları tərəfindən dünən bu şəhərdə dinc etiraz toplantısı qərarlaşdırılmışdı. Lakin rejim bütün polis və əmniyyət qüvvələrini şəhərin bütün xiyaban və küçələrinə çıxararaq şəhəri nəzarətə alıb.
Məlumata görə, rejim hər növ toplantının baş tutmasından qorxuya düşərək geniş miqyasda qüvvə yeritməklə əhalinin gəliş-gedişini ciddi kontrolda saxlamağa çalışıb. Beləliklə rejim əmniyyəti atmosfer yaratmaqla toplantının keçirilməsinə mane ola bilib.

Bu xəbər oxucular tərəfindən 811 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |