Şrift:
Medvedev Durovun Fransada həbsinə münasibət bildirib: Ümumi düşmənlərimiz üçün o rusdur
26.08.2024 [10:38] - Siyasət
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Teleqramın yaradıcısı Pavel Durovun Fransada həbs olunmasına münasibət bildirib.

Medeveden Teleqram kanalında Durovla uzun müddət əvvəl baş tutan dialoqunu xatırladıb.
"Bir vaxtlar, kifayət qədər uzun müddət əvvəl Durovdan soruşdum ki, niyə o, ağır cinayətlərdə hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etmək istəmir. "Bu mənim prinsipial mövqeyimdir" dedi. “Onda istənilən ölkədə ciddi problemlərin olacaq” dedim.

O, ən böyük problemlərinin Rusiyada olduğunu düşünüb getdi, sonra da başqa ölkələrdə vətəndaşlıq/yaşayış icazəsi aldı. O, vətənsiz yaxşı yaşayan ağıllı “dünya adamı” olmaq istəyirdi. Ubi bene ibi patria! (Hara yaxşıdırsa, ora vətəndir-red)

O, səhv fikirləşdi. Bütün indiki ümumi düşmənlərimiz üçün o, rusdur və buna görə də gözlənilməz və təhlükəlidir. Fərqli qandandır. Dəqiq Mask və ya Zukerberq deyil (yeri gəlmişkən, FTB ilə fəal əməkdaşlıq edirlər). Durov nəhayət başa düşməlidir ki, zaman kimi Vətən də seçilə bilməz...", deyə Medvedev yazıb.
Bu xəbər oxucular tərəfindən 319 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed