28.08.2024 [11:03] - Siyasət
NATO-nun baş katibi Yens Stoltenberq Kiyevin xahişi ilə Ukrayna-NATO Şurasının iclasını çağırır.
“Reuters“ə istinadən xəbər verir ki, bu barədə Alyansın sözçüsü Farah Dahlallah bildirib.
Onun sözlərinə görə, iclas avqustun 28-də baş tutacaq.
“Görüş səfirlər səviyyəsində baş tutacaq. Ukraynanın müdafiə naziri Rustem Umerovun videobağlantı vasitəsilə Alyans üzvlərini döyüş meydanındakı vəziyyət, qüvvə və imkanlara dair prioritet ehtiyaclar barədə məlumatlandırması gözlənilir”, - Dahlallah vurğulayıb.
Qeyd olunur ki, Ukrayna-NATO Şurası ötən il Alyans ilə Kiyev arasında daha sıx koordinasiyanı təmin etmək üçün yaradılıb. Şuranın iclasında adətən NATO-ya üzv ölkələrin səfirləri və Ukrayna rəsmiləri iştirak edirlər.

Bu xəbər oxucular tərəfindən 300 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |