Şrift:
XİN başçısı: Ermənistanın sürətli şəkildə silahlanması narahatlıq doğurur
28.08.2024 [11:07] - Siyasət
Ermənistanın sürətli şəkildə silahlanması narahatlıq doğurur, üçüncü ölkələr onu buna sürükləyir.

Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla Ankarada keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.

“Biz hesab edirik ki, bu yanlış siyasətdir və bölgə üçün əlavə təhdid mənbəyi hesab olunmalıdır. Bütün bu proseslər tərəfimizdən izlənilir, bununla bağlı Azərbaycan və Türkiyə arasında koordinasiya var və mövqeyimiz birdir. Bu qarşılıqlı dəstək, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləridir. Bu beynəlxalq müstəvidə belə davam edəcək. Hesab edirik ki, ölkələrimizin bu siyasəti bölgəyə sülh, əminamanlıq, sabitlik gətirəcək”, - deyə o vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 305 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed