23.02.2013 [12:23] - Diaspor
Fevral ayının 20-də Uşak şəhərində millət vəkili Qənirə Paşayeva və Dünya Azərbaycanlıları Konrqesinin sədr müavini Asif Qurban önəmli görüşlər keçiriblər.
Uşak şəhərinin valisi Merhmet Ufuk Erden və şəhər bələdiyyə başqanı Ali Erdoğan ilə faydalı görüş keçiriblər. Xüsusilə görüşdə Azərbaycan və Türkiyə əlaqələri müzakirə olunub. Ondan sonra həmin gün Uşak Universitetinin rektoru prof.dr. Sait Çelik ilə görüşüblər. Həmin universitetdə Xocalı soyqırımı anma günü ilə bağlı tədbir keçirilib. Tədbirin təşkil edən iştirakçılar, rektoru prof.dr. Sait Çelik Dr.Asif Qurban, TUMİB sədri Çingiz Bayramov açılış nitqini söyləyiblər. Millət vəkili Qənirə Paşayeva Xocalı soyqırımının baş vermə səbəblərini gənclərin diqqətinə çatdırıb.
Fevral ayının 20-də Turğutlu şəhərində Turğutlu Azərbaycan Kültür Dərnəyi və Dünya Azərbaycanlıları Konqresi tərəfindən düzənlənən Xocalı soyqırımı konfansı təşkil edilib. Xüsusilə, tədbirdə gənclər fəallıq göstəriblər. Tədbirdə Hüseyin Adıgözəl, Vəfa Qurban, millət vəkili Qənirə Paşayeva məruzə ilə çıxış ediblər.
Fevralın 21-də İzmir şəhərində tədbir və görüşlər davam edib.
Həmin gün İzmir valisi Cahit Kırac ilə səmimi mühitdə davam edən görüşdə millət vəkili Qənirə Paşayeva, Dr.Asif Qurban, İzmir Azərbaycan Kültür Evinin sədri Turğut Arat, dərnəyin fəalları, Azərbaycanlı Tələbələr Təşkilatının təmsilçisi Cavid Əliyev iştirak edib. Görüşdə iki qardaş ölkə arasında əlaqələrin inkişafından və İzmir bölgəsindəki Petkim şirkətinə Azərbaycan tərəfindən qoyulan yatırımların əhəmiyyəti vurğulanıb. EXPO İzmir çərçivəsində Azərbaycan tərəfindən dəstək əsas müzakirə mövzusu olub.
Ondan sonra İzmir Konak ilçə bələdiyyə başqanı Dr. Hakan Tartan və İzmir Böyükşəhər bələdiyyə başqanı Aziz Kocaoğlu ilə görüşlər baş tutub.
Görüşdə DAK həmsədrinin müavini Asif Qurban Azərbaycanın paytaxtında İzmir parkının olduğunu və İzmirdə də Azərbaycanın tarixini və mədəniyyətini özündə daşıyan parkın açılmasını arzuladıqlarını bildirib. Uğurlu görüşlərini davam etdirən heyət Ege Universitetini və Dokuz Eylül Universitetini də ziyarət edib. Axşam isə Dünya Azərbaycanlıları Konqresinin, Azərbaycan Kültür Evinin və Azərbaycanlı Təşkilatının Qurumunun təşkilatçılığı ilə Xocalı paneli təşkil olunub. Tədbirdə çıxış edən DAK-ın sədr müavini Asif Qurban və Azərbaycanlı Tələbələr qurumunun təmsilçisi Cavid Əliyev çıxış ediblər. Asif Qurban Ermənistanın Azərbaycanın işğal etdiyi torpaqlardan danışıb:
“Ermənilər Azərbaycanda işğal etdiyi torpaqları azad etmədikcə, Türkiyə ərazisi ilə bağlı iddialardan əl çəkmədikcə, yaramaz qonşu olaraq qalacaq və münasibətlər belə davam edəcək. Ailəmizdə uşaqları zərərverici insanlardan necə xəbərdar ediriksə, ermənilərə də bunu başa salmalıyıq. Uşaqlar və gənclər ermənilərdən hər zaman zərər görə biləcəklərini bilməlidirlər. İşğal olunmuş torpaqlarımızda görüşmək diləyi ilə sizinlə sağollaşıram”.
Daha sonra konfrans rəhbəri Bayram Bayraktar, Kemal Arı, Vəfa Qurban ve Azərbaycanın millət vəkili Qənirə Paşayeva çıxış ediblər.
Q. Paşayeva çıxışında bildirib ki, bu soyqırımı törədənlər ədalət məhkəməsi qarşısında cavab verməlidirlər.
Xocalı soyqırımının bütün insanlığa qarşı edilmiş bir cinayət olduğunu deyən millət vəkili hər kəsin Azərbaycanı bu mövzuda dəstəkləməli olduğunu bildirib.
Qənirə Paşayeva deyib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq, hər bir türk Xocalı soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.
“Dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edir. Bu yalanların qarşısının alınmasının tək bir yolu var – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə geniş yaymaq. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”, – deyə millət vəkili əlavə edib.
Elnur Eltürk

Bu xəbər oxucular tərəfindən 1090 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |