Şrift:
İranda islahatçı jurnalist tutulub
23.02.2013 [12:27] - Güney Azərbaycan xəbərləri
İranda islahatçı jurnalist Ehsan Mazəndərani tutulub. Bununla son bir ayda həbsə salınan jurnalistlərin sayı 18 nəfərə çatıb.

İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları “Etimad” qəzetinin əməkdaşı Ehsan Mazəndəranini fevralın 20-si sübh saatlarında evində tutub Tehranın Evin zindanına aparıblar. Evdə yoxlama aparılıb, jurnalistlə məxsus kompüter və bir sıra şəxsi əşyalar götürülüb.

ETTELAAT əməkdaşları yanvarın 26-dan bəri daha 17 jurnalisti tutub. Onlardan 3-ü (Mütəhhirə Şəfiyi, Cavad Dəliri və Hüseyn Yağçı) mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılıb.

Jurnalistlər xarici ölkələrdə fəaliyyət göstərən bir sıra “əks-inqilabçı” media və telekanallarla, o sıradan da BBC ilə əməkdaşlıqda günahlandırılır.
Bu xəbər oxucular tərəfindən 737 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed