Şrift:
Türkiyədə illik inflyasiya 52%-dən aşağı enib
03.09.2024 [12:54] - Türk dünyası-Turan
Türkiyədə illik inflyasiya yenidən azalıb.

Cari ilin avqust ayında illik inflyasiya 51.97% təşkil edib. İyul ayında bu rəqəm 61.78% təşkil etmişdi. Avqust ayında istehlak qiymətləri əvvəlki aya görə 2.47%, 2024-cü ilin əvvəli ilə müqayisədə isə 31.94% artıb.

Qeyd edək ki, əvvəlki ilin avqust ayına nisbətən ən az artım göstərən əsas qrup 28.96%-lə nəqliyyat qiymətləri, ən çox artım qeydə alınan əsas qrup isə 120.81%-lə təhsil qiymətləri olub.

Xatırladaq ki, Türkiyədə inflyasiya 2022-ci ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə - 85,5%-ə çatmışdı, cari ildə isə bu göstəricinin ən yüksək səviyyəsi - 75.45%-lə may ayında qeydə alınıb.
Bu xəbər oxucular tərəfindən 1909 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed