03.09.2024 [13:03] - Mədəniyyət
Sentyabr ayından yeni teatr mövsümünə start verilir. 151 yaşlı Azərbaycan teatrının ənənələrini davam etdirən milli incəsənət ocaqlarımız müxtəlif tamaşalarla növbəti mövsümü açıq elan edəcəklər. Paytaxtda və regionlarda fəaliyyət göstərən bəzi teatrlardan verilən məlumata görə, 2024-2025-ci illəri əhatə edən mövsümdə izləyiciləri yeni tamaşalar gözləyir.
Azərbaycan Dövlət Akademik Milli Teatrından bildirilib ki, 2024-cü ilin sonuna qədər dörd yeni tamaşa hazırlanacaq. Artıq yaradıcılıq işlərinə başlanılan və Uilyam Şekspirin “Maqbet” faciəsinin motivləri əsasında hazırlanacaq “Ledi Maqbet” tamaşası Xalq artisti Bəsti Cəfərovanın yubileyi münasibətilə benefist tamaşa olacaq. Yeni səhnə əsərinin quruluşçu rejissoru əməkdar artist Nicat Kazımovdur.
Yeni mövsümdə premyerası keçiriləcək daha bir səhnə əsəri “Müharibə” olacaq. Mehriban Ələkbərzadə və Nihad Qulamzadənin eyniadlı əsəri əsasında hazırlanacaq tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadədir.
Akademik Milli Dram Teatrı uzun illərdən sonra yenidən Cəfər Cabbarlının “Aydın” əsərinə müraciət edib, əsər Ərşad Ələkbərovun quruluşunda təqdim olunacaq.
Milli Teatrın növbəti yaradıcılıq işi məşhur fransız yazıçı-dramaturqu Rober Tomanın “Səkkiz qadın” pyesi əsasında hazırlanacaq eyniadlı tamaşadır. Tamaşanın quruluşçu rejissoru Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir.
Milli Dram Teatrı mövsümə sentyabrın 8-i “Qarabağnamə” tamaşasının nümayişi ilə başlayacaq. Tamaşa Xalq artisti Mərahim Fərzəlibəyovun quruluşu ilə Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında səhnələşdirilib.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında mövsümün açılışı 18 Sentyabr – Milli Musiqi Günündə dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” (quruluşçu rejissor Cənnət Səlimova) tamaşası ilə başlayacaq. Dörd gün ardıcıl davam edəcək ənənəvi “Üzeyir Hacıbəyli həftəsi” çərçivəsində bəstəkarın “Leyli və Məcnun” (quruluşçu rejissor və libretto müəllifi Samir Qulamov), “Ər və arvad” (quruluşçu rejissor Yusif Əkbərov), “Arşın mal alan” (quruluşçu rejissor Elvin Mirzəyev, bərpaçı rejissor Əhəd Hacıyev) tamaşaları da nümayiş olunacaq.
Teatrda məşqləri uğurla davam etdirilən "Bir qalanın sirri" (Rauf Hacıyev, Məhəmmədhüseyn Təhmasib, quruluşçu rejissor və səhnələşdirən Elməddin Dadaşov), “Əliqulu evlənir” (Oqtay Rəcəbov, Sabit Rəhman, libretto müəllifi və quruluşçu rejissor İlham Namiq Kamal), "Palata" (Anton Çexov, quruluşçu rejissor Ər-Toğrul), "Killerdən teleqram" (Pərviz Seyidli, quruluşçu rejissor Zaur Əliyev) və digər tamaşaların premyeralarına hazırlıq işləri də görülür.
Yaradıcı heyət il boyu istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarlarda maraqlı layihələrdə çıxış edəcək.
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən bildirilib ki, mövsüm Əməkdar artist Nicat Kazımovun quruluşu ilə ərsəyə gəlmiş fransız dramaturqu Pyer Bomarşenin “Fiqaronun toyu” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın nümayişi ilə açılacaq.
Teatrdan bildirilib ki, sentyabr repertuarı bu yaxınlarda ictimaiyyətə təqdim olunacaq. Növbəti ay N.Kazımov tərəfindən şair, dramaturq İlqar Fəhminin “Şahnamə” əsərinin məşqləri başlanılacaq. Elşad Rəhimzadənin quruluşunda uşaqlar üçün nəzərdə tutulmuş “Cırtdan” tamaşasının hazırlanması da nəzərdə tutulub.
Cənnət Səlimovanın quruluşunda “Mən Feyerbaxam” monotamaşasının ötən mövsümdə məşqləri başlasa da, tətillə əlaqədar fasilə verilmişdi. Həmin tamaşanın məşqləri növbəti mövsümdə davam etdiriləcək. Sözügedən monotamaşada Əməkdar artist Şövqi Hüseynov çıxış edəcək. Tamaşa festival üçün nəzərdə tutulub.
Azərbaycan Dövlət Kukla Teatrından bildirilib ki, teatr 93-cü mövsümünə dolğun tamaşa planı, eləcə də səfər proqramları, sosial-mədəni aksiyalarla başlayır. Teatrda bu mövsümdə də yaradıcı heyət istər tamaşa planına uyğun olaraq, istərsə də plandan kənar tamaşalar hazırlayacaq. Bu mövsümdə ənənəvi Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz festivalında iştirakımız nəzərdə tutulub. Türkiyə kuklaçıları ilə birgə türk dünyasında məşhur Molla Nəsrəddin lətifələri əsasında komik, eləcə də ibrətamiz hekayələrdən ibarət bir tamaşa üzərində ilkin işlər başlayıb.
Qeyd edilib ki, Azərbaycan Dövlət Kukla Teatrı ilə Gürcüstan Dövlət Kukla Teatrları Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb və bu sənədə əsasən gürcü rejissorlar danışıqlar aparılıb. Balaca tamaşaçılar klassik nağıl nümunələrimizdən birini bu dəfə gürcü rejissor Nikoloz Sabaşvilinin quruluşunda görə biləcəklər.
Özbəkistanın Qaraqalpaq Dövlət Kukla Teatrı ilə də əməkdaşlıq haqqında müqaviləyə əsasən, bu mövsüm qəhrəmanlıq, vətənpərvərlik mövzulu müştərək tamaşa planı reallaşdırılacaq.
İlin sonunadək cari repertuar planına uyğun olaraq “Bir gün Şamaxı xanlığında” (müəllif Əliheydər Məmmədov, rejissor Anar Məmmədov), “Nənəmin aş qazanı” (müəllif və rejissor Saida Haqverdiyeva) tamaşalarını, eləcə də plandan kənar olaraq dahi Üzeyir Hacıbəylinin felyetonları, novellaları əsasında böyüklər üçün “Ordan-burdan” tamaşalarını hazırlanacaq.
Plandan kənar növbəti tamaşa teatrın rus bölməsi üçün seçilib. Bu, belorus rejissor-dramaturq Dmitriy Boqoslavskinin “Mən necə səyahətçi oldum” əsəri əsasında hazırlanacaq eyniadlı tamaşadır. Nümunəyə teatrın baş rejissoru A.Məmmədov quruluş verəcək.
Teatrda mövsümü premyera ilə açmaq kimi bir ənənə də var. Teatr təmsilçiləri bu ənənəyə sadiq qalaraq sentyabrın 20-də “Lokomotiv və vaqonlar” tamaşasının premyerası ilə tamaşaçıları qarşısına çıxacaq. Yerli müəllif Sevinc Elsevərin “Lokomotiv və vaqonlar” pyesi əsasında hazırlanan tamaşaya teatrın baş rejissoru, Prezident mükafatçısı Anar Məmmədov quruluş verib.
Sumqayıt Dövlət Dram Teatrında yeni mövsümün açılışı 20-27 sentyabr ərəfəsində nəzərdə tutulur. Mövsümə yazıçı-dramaturq Hafiz Ataxanlının qələmə aldığı və Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi "Missiya" mistik qəhrəmanlıq dramı ilə start veriləcək. Əməkdar incəsənət xadimi Əli Əmirlinin müəllif olduğu və gənc rejissor Fuad Cavadzadənin quruluş verdiyi "Xeyir xəbər" əsəri də açılış günləri üçün nəzərdə tutulub. Sentyabrın sonunda teatrın baş rejissoru Firudin Məhərrəmovun 65 illiyinə həsr olunmuş yubiley kompozisiyasına da hazırlıq gedir. Ömrünün 40 ilindən çoxunu Sumqayıt teatrına həsr etmiş Firudin Məhərrəmovun yubiley gecəsi sentyabrın 30-da gerçəkləşəcək. Georgi Xuqayevin "Varlı ev" psixoloji dramı isə dövlət sifarişi ilə hazırlanıb. Artıq son məşqlər gedir, dekorasiyalar qurulur. F.Məhərrəmovun quruluş verdiyi bu tamaşa oktyabrın 5-ə qədər təhvil veriləcək.
Qərbi Azərbaycan İcmasının sifarişi ilə hazırlanan, müəllifi yazıçı-dramaturq Hidayət Orucov olan, quruluşu F.Məhərrəmova məxsus "İrəvanda nəyim qaldı" tamaşası qədim yurd yerlərimiz haqqında həqiqətləri, tarixi gerçəkliyi anladır. İctimai-siyasi, tarixi-ideoloji yüklü tamaşanın premyerası oktyabrın sonunda keçiriləcək.
Türk dünyasının ünlü yazıçısı Çingiz Aytmatovun "Dəniz kənarı ilə qaçan alabaş" povesti də Firudin Məhərrənov tərəfindən səhnələşdirilərək quruluş verilib. İlin sonu üçün təhvil verilməsi nəzərdə tutulub.
Bu il Sumqayıtın şəhər statusu almasının 75 ili tamam olur. Noyabrda keçiriləcək möhtəşəm ümumşəhər tədbirində teatr kollektivi də iştirak edəcək. Artıq birgə layihənin ssenari planı hazırlanır.
Şarl Perronun "Sehrin gücü" məcəra-tamaşası hazırlıq prosesindədir. Premyerası oktyabrın ikinci yarısında baş tutacaq. Rejissor Fuad Kazımov yeni layihə üzərində işləyir. Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş monotamaşanın məşqlərinə yaxın günlərdə start veriləcək
Həmçinin, plandan kənar işlər də var. Bu mövsümdə yaradıcılıq mübadiləsi prosesinə töhfə verməkdən ötrü bir neçə gənc rejissor Sumqayıt teatrında yaradıcılıq ezamiyyətində olacaq.

Bu xəbər oxucular tərəfindən 2015 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |