Şrift:
Türkiyə Prezidenti BRICS sammitində iştirak dəvətini qəbul edib
04.09.2024 [10:39] - Gündəm, Türk dünyası-Turan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya hakimiyyətinin Kazanda keçiriləcək BRICS sammitində iştirak dəvətini qəbul edib.

Bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, təklif Türkiyə tərəfinə çatdırılıb və Ərdoğan bunu qəbul edib.

Qeyd edək ki, BRICS sammiti 2024-cü il oktyabrın 22-24-də Kazanda keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 1983 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed